Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı maarifləndirici video-material hazırlayıb.
Manset.az xəbər verir ki, videoda piramida sistemlərinin iş prinsipi, onların hansı əlamətlərlə tanına biləcəyi və bu cür təkliflərlə qarşılaşdıqda diqqət edilməli məqamlar izah olunub.
Qeyd edilib ki, piramida sistemləri qısa müddətdə yüksək və zəmanətli gəlir vəd etməklə insanları cəlb edən riskli maliyyə sxemləridir. Bu sistemlərdə qazanc çox vaxt real fəaliyyət hesabına deyil, yeni iştirakçıların yatırdığı vəsaitlər hesabına formalaşır.
Vətəndaşlara şübhəli vədlərə deyil, yoxlanılmış məlumata etibar etmək tövsiyə olunub.