logo
logo logo
logo

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

15:00 - 21 Sentyabr 2026

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. 


Manset.az xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. 

“Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, S.Aran səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. O qeyd edib ki, əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə nazirə sözünü deyə bilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az