Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.
Manset.az xəbər verir ki, Kərgəlan kəndində tanışı tərəfindən döyülən kənd sakini, 2010-cu il təvəllüdlü E.İ. bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bildirilib ki, 3 gündür süni tənəffüs aparatına qoşulu vəziyyətdə olan oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.