logo
logo logo
logo

Ombudsmanın nümayəndəsi yekun konfransda iştirak etdi 

16:09 - 25 Sentyabr 2026

Ombudsmanın nümayəndəsi yekun konfransda iştirak etdi 

23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçirilib.


Manset.az xəbər verir ki, konfransın açılışında Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanın laxtalanma pozuntularının beynəlxalq təcrübəyə əsaslanan evdə müalicəsinin tətbiqi və faydası" mövzusunda çıxış edib.

Konfransın rəsmi hissəsində dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həkim və ekspertlər  çıxış edib.

Azərbaycan Respublikasının Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxış edərək Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında “ BMT konvensiyalarının həyata keçirilməsi, həmçinin bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində monitorinq mexanizmi mandatı çərçivəsində fəaliyyəti haqqında ətrafll məlumat verib.

Konfransın sonunda aidiyyəti dövlət qurumlarına təqdim ediləcək Təkliflər Paketi səsləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az