logo
logo logo
logo

Yamal Mbappenin tərəfini saxladı

00:30 - 26 Sentyabr 2026

Yamal Mbappenin tərəfini saxladı

​Son açıqlamaları ilə gündəm yaradan gənc ulduz Lamin Yamal Kilian Mbappeni müdafiə edib.


Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, Yamal müsahibə verməklə bağlı tənqidlərə münasibət bildirib:

​Müsahibə və səmimiyyət dilemması: “Əgər Mbappe və mən danışmasaydıq, adamlar niyə danışmadığımızı soruşardılar. Bizdən səmimi olmağımızı tələb edirlər, amma səmimi olanda tənqid olunuruq. Mən nə düşündüyümü açıq şəkildə dedim və bundan peşman deyiləm.”

​Oyun tərzi və əyləncə amili: “Bu gün mənim kimi oynayan, insanları əyləndirən çox az futbolçu var və mən bunu görürəm. Mənim məqsədim də budur, məhz buna görə Neymar mənim kumirim olub. Düşünürəm ki, “Qızıl top” bunu da nəzərə almalıdır. Ən yaxşı oyunçu həm də izləyərkən sənə ən çox zövq verən olmalıdır. Məni fərqli edən də elə budur.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az