logo
logo logo
logo

“Gənclər dialoqu: diqqət mərkəzində təsir” sessiyası keçirildi - FOTOLAR

20:06 - 28 Oktyabr 2026

“Gənclər dialoqu: diqqət mərkəzində təsir” sessiyası keçirildi - FOTOLAR

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 28-də öz işini davam etdirir. Forum çərçivəsində Heydər Əliyev Mərkəzində “Gənclər dialoqu: diqqət mərkəzində təsir” adlı sessiya keçirilib.


Manset.az xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan tədbir gənclərin mədəniyyətlərarası dialoqun təşviqində, sülh quruculuğunda və sərhədlərarası əməkdaşlığın inkişafında roluna həsr olunub.

Sessiyada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov açılış nitqi söyləyiblər.

Sonra BMT-nin qlobal idman proqramının əməkdaşı Yuk Vai Şe, fransalı media mütəxəssisi Alima Fofana, sülh mövzusunda digital oyunlar mütəxəssisi Robin Şarma, gənclərlə bağlı videofestivalın təşkilatçısı Amondi Avour (Keniya), UNAOC-un Gənclərin Həmrəyliyi Fondunun təmsilçisi Musa Kondeh və başqaları çıxış ediblər.

Bir sıra ölkələrdən, o cümlədən UNAOC proqramlarının məzunları və yerli gənclərdən ibarət iştirakçıları bir araya gətirən sessiya təcrübə mübadiləsi, gənclərin təşəbbüslərinin təqdim edilməsi üçün platforma rolunu oynayıb.

Müzakirələr zamanı mədəniyyətlərarası və dinlərarası dialoqun sülhün möhkəmləndirilməsində əhəmiyyəti, gənclərin cəmiyyətlərdə müsbət dəyişikliklərə töhfəsi, rəqəmsal mühitdə etimadın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi əsas mövzular diqqət mərkəzində olub.

Tədbir "Bakı Prosesi" çərçivəsində gənclərin dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsinə, onların sülhün təşviqində fəal iştirakının dəstəklənməsinə yönələn müzakirələrə töhfə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az