logo
logo logo
logo

2 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR

18:44 - 03 Noyabr 2026

2 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR

Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.


Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az