logo
logo logo
logo

Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək

21:32 - 05 Noyabr 2026

Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək

Daşınmaz əmlakla bağlı bəzi əməliyyatların dövlət rüsumundan azad olunması qaydasının dəyişdirilməsi təklif edilir.


Manset.az xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, 2006-cı il iyulun 6-dək verilmiş sənədlər əsasında əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki sənədlərin verilməsi üçün rüsum tutulması nəzərdə tutulur.

Hazırda bu əməliyyatlar, eləcə də əmlak sahibinin iradəsindən asılı olmayan səbəblərdən ünvan dəyişdikdə və qeydiyyat orqanının texniki səhvləri aradan qaldırıldıqda rüsum tutulmur. Təklif olunan redaksiyada həmin güzəştin çıxarılması göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az