logo
logo logo
logo

Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO

21:22 - 05 Noyabr 2026

Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO

Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclasında sədrin müavinləri müəyyənləşib.


Manset.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, İdarə Heyətinin üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə sədrin müavinləri seçiliblər.

Qurumun Nizamnaməsinə görə, sədrin müavinləri növbəlilik əsasında - 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında Mətbuar Şurasının icraçı katibi vəzifəsinə Əvəz Rüstəmov təsdiqlənib. İdarə Heyətinin digər üzvü Əminə Yusifqızı isə Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az