logo
logo logo
logo

Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR 

17:35 - 12 Noyabr 2026

Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR 

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən restoranda keçirilən plandankənar yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Həmçinin qida məhsullarının emalı və saxlanılması zamanı bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi aşkarlanıb.

Laborator müayinələrin nəticələrinə əsasən, çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria (Listeria monocytogenes), paytaxt salatında isə E. coli (Escherichia coli) bakteriyaları aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. 


 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az