Son vaxtlar respirator viruslara yoluxma halları artıb.
Manset.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, pandemiya başa çatsa da, qrip virusu mutasiyaya uğramaqda davam edir.
Onun sözlərinə görə, soyuqdəymə adlandırılan respirator xəstəliklər, o cümlədən aşağı və yuxarı tənəffüs yollarının infeksiyaları geniş yayılıb.
Bəs həmin şəxslərdə hansı simptomlar müşahidə olunur?
Adil Qeybulla vurğulayıb ki, xəstəliyin gedişatı ağırlaşdığı təqdirdə, mütləq müalicə həkim nəzarəti altında aparılmalıdır.