logo
logo logo
logo

Məktəblərdə maarifləndirici tədbirlər keçirildi - FOTO

16:37 - 25 Noyabr 2026

Məktəblərdə maarifləndirici tədbirlər keçirildi - FOTO

Ağcabədi rayonunda Avşar kənd və Hindarx qəsəbəsində yerləşən 1,2 və 3 saylı məktəblərdə maarifləndirici tədbirlər keçirilib.


Manset.az xəbər verir ki, tədbirlərdə iştirak edən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkomanlıq, erkən nikah və onun yaratdığı təhlükələrdən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs ediblər. Həmçinin neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

Tədbirlər zamanı ali təhsil almaq arzusunda olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verilib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışılıb.

Sonda məktəblilərin mövzularla bağlı sualları cavablandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az