logo
logo logo
logo

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? 

10:16 - 27 Noyabr 2026

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? 

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyənləşib.


Manset.az xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bəs axtarışda olan şəxsi bilərəkdən gizlədən şəxsi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.

Həmin maddənin 307.1. bəndinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin 307.2. bəndinə görə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, 307.3. bəndinə görə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az