Ukraynadan təxliyə edilən azərbaycanlılardan xəbər var

21:54 - 26 Fevral 2022

Ukraynadan təxliyə edilən azərbaycanlılardan xəbər var

Ukraynanın müxtəlif şəhərlərində çıxılmaz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində ilk təyyarə sabah Bakıya gələcək.

 

Manset.az xəbər verir ki, Türkiyə hava yolları şirkətlərinin təyyarələri ilə Ukraynadan Moldovaya təxliyə edilən vətəndaşlar Moldovadan avtobuslar vasitəsilə Rumıniyaya aparılacaq.

Bu ölkədən isə həmyerlilərimizin təyyarələrlə Bakıya gətirilməsi təmin ediləcək.

Təxliyə prosesi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az