“Xarkovu cəhənnəmə çevirdilər. Şəhəri silirlər”.
Manset.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev yazıb.
“Bombaların altında olsa da, şəhəri tərk edə bildik... Kiyev tərəfdəyik”, - deyə Fətullayev qeyd edib.
Şəhərin hazırkı vəziyyətindən video paylaşan jurnalist vurğulayıb ki, yaşananlara baxmayaraq rus qoşunları Xarkova girə bilməyib: “Qəhrəman Ukrayna ordusu qarşısında baş əyirəm!”
O, əlavə edib ki, Xarkovdan çıxmağına Türkiyə, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Moldovadakı Azərbaycan səfiri Qüdsi Osmanov yardım