“Azəristiliktəchizat” Şuşada hansı işləri görür? - AÇIQLAMA (VİDEO)

11:30 - 30 İyun 2022

“Azəristiliktəchizat” Şuşada hansı işləri görür? - AÇIQLAMA (VİDEO)

Şuşa şəhərində daha 1 qazanxana və 1 istilik paylayıcı məntəqənin quraşdırılması işləri artıq başa çatdırılmış və bu mövsümdən fəaliyyət göstərəcək.

 

Manset.az xəbər verir ki, bu haqda “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin rəhbəri Elvin Basqallı “Baku News TV” kanalında danışıb.

Onun sözlərinə görə, ümumilikdə Şuşa şəhərində 7 qazanxana tikilib,  onlardan 6-sı 1 noyabr 2021-ci ildən istismara verilərək hazırda  fəaliyyət göstərir. Yeni qazanxana isə, bu payız-qış mövsümündən fəaliyyətə başlayacaq. Yeni qazanxanaların inşası ilə Şuşada həm də isti su ilə təminat da başlayıb. Belə ki, burada 20-ə yaxın inzibatı və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az