Türkiyədə torpaq sürüşməsində həlak olan azərbaycanlının ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

12:05 - 01 İyul 2022

Türkiyədə torpaq sürüşməsində həlak olan azərbaycanlının ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan TIR sürücüsünün azərbaycanlı olduğu açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə hadisə yerində olan şahid məlumat verib.

Məlumata görə, uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda ölən şəxsin kimliyi barədə yazıb.

O qeyd edib ki, Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az