logo
logo logo
logo

Biləsuvarda Polis bölməsinin yeni binasının açılışı OLDU

20:42 - 02 İyul 2022

Biləsuvarda Polis bölməsinin yeni binasının açılışı OLDU

Biləsuvar rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub.

Manşet.az "report"a istinadən xəbər verir ki, bu münasibətlə Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra rayonun Səmədabad kəndində yerləşən Polis bölməsinin əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasının açılışı olub.

Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az