DİN-dən polisin ölümü ilə bağlı AÇIQLAMA

11:18 - 03 İyul 2022

DİN-dən polisin ölümü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi polis əməkdaşı Samir Zamanpurun vəfatı ilə bağlı açıqlama yayıb. 

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az