DİM VACİB məlumat yaydı - 7 iyul saat 17:00-dək...

18:58 - 04 İyul 2022

DİM VACİB məlumat yaydı - 7 iyul saat 17:00-dək...

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı 2022-ci il iyulun 17-də keçiriləcək.

Manşet.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat 7 iyul saat 17:00-dək davam edəcək.

Qeyd edək ki, imtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az