Müdafiə Nazirliyindən borc iddiası ilə bağlı VACİB AÇIQLAMA

19:18 - 04 İyul 2022

Müdafiə Nazirliyindən borc iddiası ilə bağlı VACİB AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin Öztek Tekstil Terbiye A.Ş. şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.

Bu barədə Müdafiə Nazirliyindən Manşet.az-a daxil olan məlumatda deyilir. 

Bildirilir ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az