Ölkədə yanacaq satışında problem olması xəbərlərinə - Açıqlama

22:11 - 04 İyul 2022

Ölkədə yanacaq satışında problem olması xəbərlərinə - Açıqlama

Sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Manşet.az Trend-ə istinadən xəbər verir ki, "SOCAR PETROLEUM" QSC məsələ ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az