Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.
Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”
O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.
Hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.