logo
logo logo
logo

Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir - Ermənilər toy bayrama QALXDI

16:02 - 05 İyul 2022

Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir - Ermənilər toy bayrama QALXDI

“Artıq bir aydır ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikilir, "Azadlıq" radiosunun Ermənistan xidməti bildirib.

 

Manset.az yenisabah.az-a istinadən xəbər verir ki, iyunun 17-də Ermənistan hökuməti "Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiya məntəqələri haqqında" protokol imzalayıb.

Yerli sakinlərin fikrincə, həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət bölmə yerləşəcək. Tikinti rəhbərləri arasında Rusiya hərbçilərinin olması bunun dolayısı ilə təsdiqidir.

Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin xarakteri, hərbçilərin sayı və obyektin təyinatı barədə məlumat vermir.

Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir.

Erməni əhali ümid edir ki, Rusiya hərbçilərinin olması onların təhlükəsizliyinə zəmanət verir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az