Azərbaycanda arvad ərini döydü: qabırğalarını sındırdı

16:50 - 05 İyul 2022

Azərbaycanda arvad ərini döydü: qabırğalarını sındırdı

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az