Ukraynadan təxliyyə olunan azərbaycanlıların sayı AÇIQLANDI

18:13 - 05 İyul 2022

Ukraynadan təxliyyə olunan azərbaycanlıların sayı AÇIQLANDI

“Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyyə olunub”.

Manşet.az xəbər verir ki, bunu Report-a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda ukraynalılara köməklik göstərir.

Bundan başqa, Ukraynadakı böhranı həll etmək üçün BMqT Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyyəsi məsələsində Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az