ÜST meymunçiçəyindən ölənlərin sayını AÇIQLADI

14:08 - 07 İyul 2022

ÜST meymunçiçəyindən ölənlərin sayını AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyindən 2 yeni ölüm halı qeydə alıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı ÜST-ün hesabatına istinadən “Reuters” agentliyi yayıb. 

Bununla da, ilin əvvəlindən meymunçiçəyindən ölənlərin sayı 3-ə çatıb. Hər üç ölüm halı Afrikada qeydə alınıb. 

Xatırladaq ki, ÜST-ün Baş direktoru Tedros Qebreyesus dünyada meymunçiçəyi xəstəliyinə 6000-dən çox yoluxma halının qeydə alındığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az