Keçmiş icra başçısına HÖKM OXUNDU

12:01 - 08 İyul 2022

Keçmiş icra başçısına HÖKM OXUNDU

2020-ci ilin dekabrında həbs edilən Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Manset.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq məmur 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Zeynalov külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. əməllərdə ittiham olunurdu. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az