Məscid və məbədlərə verilən qazın həcmi açıqlandı - VİDEO

21:13 - 09 İyul 2022

Məscid və məbədlərə verilən qazın həcmi açıqlandı - VİDEO

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən 371 məscid və dini məbədə qaz verilib.

Manşet.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə qurumun limitlə qazlaşdırdığı məscid və dini məbədlərin sayı 330 olmuşdu. Bir il ərzində “Azəriqaz” əlavə 41 məscid və dini məbədlərə müəyyən olunmuş limitlə qaz verir.

Qeyd edək ki, Azərbaycanda hər bir məscid və dini mədəb üçün 5 min kubmetr təbii qaz təmənnasız olaraq verilir.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az