Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşdü

18:37 - 14 İyul 2022

Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşdü

Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Manşet.az xəbər verir ki, bu gün Baş Prokurorluqda ikitərəfli görüş keçirilib.

Kamran Əliyev prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş prokuroru İrakli Şotadze rəhbərlik etdiyi qurumun Azərbaycan Prokurorluğu ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Görüş zamanı Gürcüstanın Kvemo-Kartli və Kaxetiya bölgələrində sıx yaşayan soydaşlarımızın, eləcə də ölkəmizin Ağstafa, Qazax, Balakən, Zaqatala və digər rayonlarda yaşayan etnik gürcülərin hüquq və azadlıqlarının qorunması məsələləri müzakirə olunub.

Görüşlərdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az