“Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşünün uğurla keçəcəyinə ümidvaram” - Qaribaşvili

12:20 - 16 İyul 2022

“Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşünün uğurla keçəcəyinə ümidvaram” - Qaribaşvili

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tbilisidə baş tutacaq görüşün uğurlu keçəcəyinə və tərəflər arasında dialoqa pozitiv dinamika gətirəcəyinə ümidvaram”.

 

Manset.az "report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

C.Bayramov Gürcüstan Baş nazirinin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi məsələsində şəxsi səylərinin rolunu qeyd edib.

Görüşdə Gürcüstanın bölgədə sülh təşəbbüsü, qarşılıqlı faydalı sahələrdə, həmçinin iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd olunub ki, dialoq platforması regional münasibətlərin normallaşmasına kömək edəcək.

Tərəflər həmçinin Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, nəqliyyat və energetika sahələrində də əməkdaşlığı müzakirə ediblər.

XİN başçısı Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib. İ.Qaribaşvili Gürcüstanın da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az