Gürcüstanda 20 yaşlı qızı zorla qaçıran azərbaycanlılar saxlanıldı

16:38 - 21 İyul 2022

Gürcüstanda 20 yaşlı qızı zorla qaçıran azərbaycanlılar saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iki azərbaycanlını saxlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, aparılan operativ istintaq tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N. N və 1977-ci il təvəllüdlü R. M saxlanılıb.

Bildirilib ki, istintaq nəticəsində saxlanılan şəxslərin 2002-ci il təvəllüdlü F.O-nu evlənmək məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etdiyi müəyyən edilib.

Məlumatda o da qeyd olunub ki, intensiv əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan qızın yeri müəyyənləşdirilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az