Sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar:
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir”.
Qeyd edək ki, DİN bir müddət əvvəl əməli törədən 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadənin saxlanıldığını açıqlamışdı.