"YAŞAT" fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıtdı

21:10 - 21 İyul 2022

\"YAŞAT\" fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıtdı

"YAŞAT" fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb.

Manşet.az xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb.

"Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb", - məlumatda deyilir.

Qazimiz 17 il Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsində böyük şücaət göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az