Uzun sürən izdivacların, həyatın çətinliklərinə sinə gərən qocaman ailələrin, qarşlıqlı sevgi və hörmətə söykənən birgə yaşamların, fədakar əməyin təbliğini özündə ehtiva edən yeni layihə izləyicilərə təqdim edilib.
Manset.az xəbər verir ki, “Film kimi” adlanan layihə ölkənin dörd bir yanında yaşayan numunəvi ailələri cəmiyyətə tanıtmaqla , gənc nəsildə milli mənəvi dəyərlərə, adət - ənənələrə sayğı təlqin etməni hədəfləyib.
Proqramın müəllif və aparıcısı Əməkdar jurnalist Bəturə Nəbiyevadır. Filmi Tv 365 youtube kanalında izləyə bilərsiniz.