logo
logo logo
logo

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək - VİDEO

22:25 - 25 İyul 2022

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək - VİDEO

Sabahdan Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək. Qarabağın ilk sakinləri burada ümumi müayinə, yoxlanış və laborator, eləcə də digər müayinələrdən keçə biləcəklər.

Manşet.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bildirib.

“Ailə Sağlamlıq Mərkəzi ilkin səhiyyə xidməti təqdim edən bir müəssisəmizdir. Burada ixtisaslaşmış ilkin cərrahi yardımlar yalnız ilk səviyyədə həyata keçiriləcək. Həmin tibb məntəqəsinin nəzdində 24 saat xidmət göstərəcək Təcili Tibbi Yardım, ambulans avtomobili və həkim briqadaları var”.

Hazırda isə, sakinlərə Təxirəsalınmaz və Təcili Tibbi Yardım briqası xidmət göstərir.

Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az