Təhsil nazirindən jurnalistlərlə bağlı TAPŞIRIQ

12:28 - 27 İyul 2022

Təhsil nazirindən jurnalistlərlə bağlı TAPŞIRIQ

Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, nazir media təmsilçilərinin ön sıralarda əyləşməsini məqbul sayıb.

“Həmkarlarımızı hər gün görürük və yaxın ünsiyyətimiz olur. Ona görə də onların ilk sırada deyil, ikinci və üçüncü sırada oturmasında heç bir problem yoxdur”, - nazir söyləyib.

E.Əmrullayev məsələ ilə bağlı nazirlik rəsmisinə tapşırıq veib.

Qeyd edək ki, nazirin bugünkü brifinqində ön sırada Təhsil Nazirliyinin əməkdaşları oturub. Tədbirdə iştirak edən jurnalistlərin biri media nümayəndələrinin ön sırada əyləşməsini təklif edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az