Azərbaycanda son sutkada 2289 nəfər vaksinasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 464, ikinci doza vaksinlərin sayı 104 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1440-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281 olub.
