logo
logo logo
logo

DƏHŞƏTLİ QƏZA: İki “VAZ” toqquşdu, ölən var - Fotolar

23:28 - 27 İyul 2022

DƏHŞƏTLİ QƏZA: İki “VAZ” toqquşdu, ölən var - Fotolar

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Quşçu kəndində hərəkətdə olan iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində bir qadın ölüb, bir nəfər isə ağır yaralanıb.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunub.

Ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilir. 

***

Qəzada ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.

Xəsarət alanlar isə, Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-cı il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüdür.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az