Bulvarda 5 qadın nəvə, nənə və rəfiqəsini döydü: DİN HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO

16:34 - 04 Avqust 2022

Bulvarda 5 qadın nəvə, nənə və rəfiqəsini döydü: DİN HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO

Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb.

Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az