Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi rüşvət alıb? - DİN-dən AÇIQLAMA

18:56 - 04 Avqust 2022

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi rüşvət alıb? - DİN-dən AÇIQLAMA

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görülür.

Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, bununla bağlı müvafiq araşdırma aparılıb.

“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az