“Artıq ikinci ildir ki, Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik. Qeyd etmək lazımdır ki, dövlət başçımızın Vətən müharibəsindən sonra Füzuli rayonuna ilk səfəri qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün sonra baş tutmuşdu. 2020-ci ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etmişdilər. Səfər çərçivəsində Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmişdi.”
Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri Azərbaycanın bu torpaqların əsl sahibi olduğunu bütün dünyaya təkrar-təkrar nümayiş etdirir: “Şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonları, eləcə də Şuşa şəhəri əslində xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidə də məhz buna görə rəmzi məna daşımaqla böyük mənəvi əhəmiyyət kəsb edir. Tarixi missiyanı həyata keçirən Azərbaycanın qəhrəman övladları tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Şanlı Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.”
Sonda deputat bundan sonra da hər bir azərbaycanlının Vətənin keşiyində daha böyük əzmkarlıqla duracağına əmin olduğunu vurğulayıb: “Möhtərəm cənab Prezidentimizin dediyi kimi, Azərbaycanın hər bir vətəndaşı daim Vətənin, müstəqilliyimizin keşiyində durmalıdır və heç bir şübhə yoxdur ki, bu belə də olacaq. Bundan sonra Azərbaycan xalqı artıq heç zaman imkan verməz ki, bir daha düşmən başını qaldırsın və bizim üçün təhdid yaratsın. Bunun ən böyük qarantı isə qüdrətli Azərbaycan Ordusudur.”
“Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin ən etibarlı qarantıdır” - Kamaləddin Qafarov
14:02 - 29 Sentyabr 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 Noyabr 2026 - 00:01
Azərbaycanda Konstitusiya Günüdür
12 Noyabr 2026 - 09:10
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
12 Noyabr 2026 - 00:03
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı PAYLAŞIM
11 Noyabr 2026 - 23:05
Leyla Əliyeva COP31-lə bağlı paylaşım etdi
12 Noyabr 2026 - 17:15
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan pavilyonunda - FOTO/VİDEO
11 Noyabr 2026 - 23:24
İran Omanın Hörmüzdəki naviqasiya sistemlərinə hücum etdi
12 Noyabr 2026 - 11:27
"Prezidentin tapşırığı ilə Azərbaycanın COP29 təcrübəsindən çox yararlandıq" - Murat Kurum
12 Noyabr 2026 - 09:35
General Natiq Əliyevin qızı saxlanıldı
12 Noyabr 2026 - 00:30
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
12 Noyabr 2026 - 11:15
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş
12 Noyabr 2026 - 14:33
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
11 Noyabr 2026 - 23:41
Gəncədə evdən 2 nəfərin meyiti tapıldı
Xəbər xətti
- 12 Noyabr 2026
- 22:12 Prezident Dublində onlarla görüşdü - YENİLƏNİR
- 21:54 BƏƏ-də zəncirvari avtoqəza - 14 nəfər öldü
- 21:43 Balakəndə kişi müəmmalı şəkildə ÖLDÜ
- 21:27 COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı oldu - FOTOLAR
- 21:04 Əliyev-Paşinyan görüşü başa çatdı - FOTO/VİDEO - YENİLƏNİB
- 20:52 Türkiyədə helikopter qəzaya uğradı - Həlak olanlar var
- 20:31 Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
- 20:12 Lənkəranda zəhərlənən şəxslər ata, ana və 7 övladı imiş - YENİLƏNİB
- 19:48 Prezident Dublində dəyirmi masada iştirak etdi - FOTO
- 19:33 İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
- 19:28 “Nvidia” rəhbəri Yensen Huanq istefa verdi
- 19:16 Prezident Zirvə Toplantısına belə gəldi - VİDEO
- 18:54 Generalın qızı barəsində qərar verildi
- 18:32 Prezident İrlandiyada tədbirdə iştirak edib - FOTOLAR - YENİLƏNİB
- 18:16 Vaşinqtonda Ağ Evin yaxınlığında atışma - Yaralılar var
- 17:57 "Bu halda gömrük rüsumları ikiqat artacaq" - Tramp Meksikanı hədələdi
- 17:55 Bu yolda hərəkət bərpa olundu
- 17:52 "İranla razılaşmağa ehtiyacımız yoxdur" - Trampdan gərginliyi artıran CAVAB
- 17:44 Türkiyə ilə Çin arasında 15 milyardlıq anlaşma imzalandı
- 17:35 Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
- 17:25 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
- 17:15 Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan pavilyonunda - FOTO/VİDEO
- 17:07 Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
- 16:55 Sumqayıtda 40 bina SÖKÜLƏCƏK - 1500 ailənin taleyi necə olacaq?
- 16:50 Zelenski Azərbaycanın ölkəsinə əlavə yardım göstərəcəyinə ümid edir
- 16:47 “Qalatasaray” onunla yollarını ayırmağa hazırlaşır
- 16:44 Ərdoğan Şahbaz Şərifi qəbul etdi
- 16:43 Jurnalistdən Leyla Əliyevaya maraqlı addım - FOTOLAR
- 16:36 Küləklə bağlı XƏBƏRDARLIQ
- 16:30 Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
- 16:23 İlham Əliyev Maya Sandu ilə görüşdü
- 16:09 Bu marşrut avtobusları yenilənir
- 16:00 “Azercell” Gəncə və Xankəndidə müəllimlər üçün təlim keçirdi
- 15:53 Fransada bomba həyəcanı - Londona qatar reyslərində fasilələr yarandı
- 15:45 Teymur Musayevə yeni vəzifə verildi
- 15:23 İrlandiyanın Baş naziri Prezidenti qarşıladı
- 15:15 Paşinyanla türk jurnalistin səmimi dialoqu: "İndi qardaş olduq"
- 15:13 200 min toyuq məhv ediləcək - Quş qripi siqnalı
- 14:52 Bu instituta icraçı direktor təyin olundu
- 14:33 İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
- 14:27 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı
- 14:25 İspaniyada 14 il sonra İLK - Yüz minlərlə şəxs küçələrdə
- 14:06 Sankt-Peterburqda avtomobildə güclü partlayış - Hərbçi həlak oldu
- 14:03 Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
- 13:50 Günəşdə gözlənilməz güclü PARTLAYIŞ
- 13:34 Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur
- 13:21 İrandan Avropaya TƏHDİD - "Vurarıq!"
- 13:15 9 ayda ölkəyə ən çox bu mallar gətirilib - SİYAHI
- 13:05 100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - VİDEO
- 13:03 Hörmüz boğazında iki neft tankerində PARTLAYIŞ
- 12:58 AFFA hakimi təhqir edən məşqçi və futbolçunu cəzalandırdı