Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı AÇIQLAMA

19:16 - 08 Oktyabr 2022

Baş Prokurorluqdan Ağdamdakı mina partlayışı ilə bağlı AÇIQLAMA

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində iki nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az