TikTok-a yeni foto redaktə funksiyası gəlib.
İstifadəçilərə məzmunlarını 35 kadra qədər foto qalereya kimi təşkil etməyə imkan verən TikTok-da məzmunun altına daha uzun təsvirlər əlavə etmək imkanı da əlavə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki ,TikTok sosial paylaşım platforması yeni foto redaktə xüsusiyyətlərini açıqlayıb. İstifadəçilərin rəyləri ilə platformanı yeniləyən TikTok-da istifadəçilər artıq öz məzmunlarını foto qalereya kimi təşkil edə biləcəklər.
Platformanın təklif etdiyi yeniliklərə əsasən, istifadəçilər öz məzmunlarında 35 kadrdan ibarət foto qalereya yarada və paylaşa biləcəklər.
MUSİQİ QALEREYA ƏLAVƏ EDİLƏ BİLƏR

Bu qalereyaya musiqi əlavə etmək də mümkün olacaq. İstifadəçilər əl ilə sola sürüşdürməklə qalereyadakı fotolar arasında hərəkət edə biləcəklər. Qalereyaya “əl ilə” müdaxilə olmadıqda, şəkillər musiqi ilə sinxron şəkildə dəyişəcək.
2200 XARAKTER TƏSVİRİ

TikTok tərəfindən təklif olunan başqa bir yenilik, məzmunun altına daha uzun təsvirlər əlavə etmək seçimi idi. Bu yenilik ilə video və ya foto məzmunun altına 2200 simvola qədər təsvirlər əlavə edilə bilər.