logo
logo logo
logo

Tanınmış professor vəfat etdi - FOTO

13:17 - 18 Oktyabr 2022

Tanınmış professor vəfat etdi - FOTO

Azərbaycan tibb ictimaiyyətinə ağır itki üz verib.

 

Manset.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rəhbəri, professoru, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib.

Qeyd edək ki, O. Seyidbəyov Bakıda anadan olub. O, 300-dən çox elmi iş, dərs vəsaitləri, metodik tösviyələrin müəllifidir. Onun məqalələri həm Azərbaycanda, həm də respublikamızın hüdudlarından kənarda çap olunub. Alim Azərbaycanın tibb elminə böyük töhfələr verib.

O. Seyidbəyov 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.

Professorun Azərbaycanda tibbin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib. 1987-ci ildə ona “Əməkdar həkim”, 2000-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adları verilib.

Tanınmış professor vəfat etdi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az