Brüsseldə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryan arasında görüş keçiriləcək.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mqer Qriqoryanın ofisi açıqlayıb.
Məlumata görə, tərəflər iki ölkə sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası çərçivəsində görüşəcəklər.
Görüşün noyabr ayının ilk həftəsi baş tutacağı bildirilir. Bununla belə, görüşə dair digər detallar açıqlanmayıb.
Xatırladaq ki, komissiyasının buna qədər iki görüşü keçirilib. Sonuncu görüş sentyabrın 30-u Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun da iştirakı ilə üçtərəfli formatda baş tutub.