"Dodaqların 3 metrə qabağa olmasını nəzərdə tutmuruq" - Rövşanədən APARICILARA (VİDEO)

17:15 - 28 Oktyabr 2022

\"Dodaqların 3 metrə qabağa olmasını nəzərdə tutmuruq\" - Rövşanədən APARICILARA (VİDEO)

"Adam efirə çıxır, tarixi hadisədən məlumatı yoxdur. Hansısa bir şairin adını belə bilmir. Bir əsərin adını eşitməyib. Kamera qarşısına çıxıb nədənsə danışırlar. Təəssüf edirəm ki, bu gün televiziyalarda reytinqə hesablanmış o aparıcıların savadı və biliyi biz istədiyimiz səviyyədə deyil".

 

Manset.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı MTV-yə açıqlamasında bildirib. Həmkarlarını savadı və biliyi qədər, görünüşünü də tənqid atəşinə tutan aparıcı onları bəyənmədiyini vurğulayıb:

"Təbii ki, efir gözəllik və baxım istəyit. Amma biz gözəllik deyəndə bədənin doxsan altmış doxsan olmasını, kirpiklərin yarım metrə, dodaqların 3 metrə qabağa olmasını nəzərdə tutmuruq. Baş və qafa varsa, o zaman bir az üz cizgilərinə əl gəzdirmək olar".

Ətraflı videoda:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az