Baku TV-nin Ukraynadan xəbər verən əməkdaşının efiri yarımçıq kəsildi - VİDEO

15:07 - 02 Noyabr 2022

Baku TV-nin Ukraynadan xəbər verən əməkdaşının efiri yarımçıq kəsildi - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə əvvəlki günlərə nisbətən gərginlik azdır.

Qeyd edilib ki, ötən gecə daha çox Poltava və Nikolayev vilayətləri raket və dron hücumlarına məruz qalıblar.

“Təkcə Nikolayev vilayətində altı İran kamikadze dronu məhv edilib”, - deyə o əlavə edib.

Canlı yayım zamanı M.Aslanovun çıxışına müdaxilə edilib. Bu səbəbdən jurnalist yayımı dayandırmalı olub.

Ətraflı videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az