Xankəndi-Laçın yolu: Şaxtalı havada da aksiya davam edir

20:39 - 04 Yanvar 2023

Xankəndi-Laçın yolu: Şaxtalı havada da aksiya davam edir

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın 24-cü günü gecə saatlarında da sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

 

Manset.az xəbər verir ki, fəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən ənənəvi şüarları gecə saatlarında da səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiyada səhər saatlarında olduğu kimi, gecə saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir mənfi təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya hazırda davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az