Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətində ən qaynar döyüşlərin getdiyi nöqtələrə baş çəkib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Baxmutun müdafiəsi zəruridir və şəhərin müdafiə imkanlarından, qurulmuş istehkamlardan, təchiz edilmiş atəş nöqtələrindən məqsədyönlü istifadə olunur:
"Əsgərlərimizin qəhrəmanlığı və cəsarəti, həmçinin silahlardan düzgün istifadə şəhərin müdafiəsini təmin etməyimizə imkan yaradır. Biz hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri hesablayırıq və mövcud vəziyyətə adekvat davranacağıq", - deyə Sırski bildirib.